IMG-LOGO

WSJ: ABŞ Karib dənizi bölgəsinə əlavə qüvvələr cəlb edib

24 Dec 2025 00:40 3 baxış
IMG

ABŞ Karib dənizi bölgəsinə əlavə qoşunlar cəlb edib, həmçinin regiona xüsusi əməliyyatların keçirilməsi üçün istifadə edilən çoxlu sayda hava nəqliyyatı vasitələri göndərib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndələrinə və uçuş məlumatlarının təhlilinə istinadən məlumat yayıb.

Məlumata görə, regiona xüsusi əməliyyatlar zamanı da istifadə olunan ən azı 10 "Osprey" konvertoplanı, həmçinin 100-dən çox insan daşıya bilən "C-17" hərbi-nəqliyyat təyyarəsi göndərilib.

Amerikalı rəsmilər qeyd olunan hava nəqliyyat vasitələrində regiona qoşun və hərbi avadanlıq göndərildiyini təsdiqləyib. Lakin hərbçilərin sayı və qoşun növü barədə məlumat açıqlanmayıb.

Xəbər lenti