Çexiyanın Baş naziri Andrey Babiş üz əməliyyatı keçirib.
"Report" xəbər verir ki, bu barədə "Blesk" məlumat yayıb.
Babişin "Narazı vətəndaşların aksiyası" (ANO) partiyasının mətbuat katibi Martin Vodiçka bildirib ki, baş nazir "üzdə kiçik ambulator əməliyyat" səbəbindən xəstəxanada olub.
"Baş nazir artıq işinə qayıdıb", – o, əlavə edib.
ANO nümayəndəsinin sözlərinə görə, 71 yaşlı Babişin üzündən "profilaktik histoloji tədqiqat" üçün toxuma nümunəsi götürülüb.