IMG-LOGO

ABŞ İranla nüvə proqramı üzrə danışıqlara hazır olduğunu bəyan edib

23 Dec 2025 23:50 4 baxış
IMG

ABŞ İranın nüvə proqramı ilə bağlı rəsmi danışıqlar aparmağa hazırdır, amma Tehran da birbaşa dialоqa hazır olmalıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi səfirinin müavini Morqan Ortaqus bildirib.

"Birləşmiş Ştatlar rəsmi danışıqlar aparmağa hazırdır, lakin Tehran da birbaşa və məzmunlu dialоqa açıq olduğu təqdirdə", - o, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair iclasında çıxışı zamanı deyib.

Ortaqus qeyd edib ki, ABŞ açıq danışıqlar aparmaq niyyətində deyil. O, Vaşinqtonun Tehranın uran zənginləşdirmə proqramının yolverilməzliyi mövqeyində qaldığını vurğulayıb.

Qeyd edək ki, 2025-ci ildə Omanın vasitəçiliyi ilə İranla ABŞ arasında nüvə problemləri üzrə danışıqların beş mərhələsi baş tutub. Lakin İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri səbəbindən danışıqlar nəticəsiz qalıb və dayandırılıb.

Xəbər lenti