IMG-LOGO

Azərbaycan Basketbol Liqası: "Sərhədçi" və "Abşeron Lions" qələbə qazanıb

23 Dec 2025 22:21 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XI turun daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" "Quba" ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 97:78 hesablı qələbəsi ilə bitib.

Bakı İdman Sarayında isə "Şəki"ni qəbul edən "Abşeron Lions" rəqibini 107:82 hesabı ilə üstələyib.

Qeyd edək ki, XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.

Xəbər lenti