Gənclər və İdman Nazirliyi 2025-ci ilin qaliblərini mükafatlandırıb.
"Report" İnformasiya Agentliyi idman sahəsini ən yaxşı işıqlandıran qurumlardan biri hesab olunaraq üçüncü yerə layiq görülüb.
Agentliyin əməkdaşı Samirə Həsənova isə ən yaxşı fotoqraflar arasında üçüncü hesab edilib.
İlin ən yaxşıları idman qurumları arasında keçirilən sorğuya əsasən müəyyənləşib.
Mükafat "Report"un İdman şöbəsinin rəhbəri Kənan Həsənova təqdim edilib.

