Ukrayna Mərkəzi Seçki Komissiyasının qərarı ilə dövlət seçici reyestrinin fəaliyyətini bərpa edib.
"Report"un məlumatına görə, bu barədə Ali Radadakı "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya öz telegram kanalında məlumat verib.
"Bu gün, tammiqyaslı işğaldan bəri ilk dəfə olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Seçici Reyestrini bərpa edib. Bu, MSK-nın vətəndaşlar və dövlət qurumları ilə qeydiyyatla bağlı qarşılıqlı əlaqəni bərpa etməsinə və nəticədə onun yenilənməsinə yol açır", - deyə o yazıb.
Araxamiya vurğulayıb ki, seçici siyahısının yenilənməsi, xüsusən də müharibə nəticəsində demoqrafik göstəricilərdəki dəyişikliklər nəzərə alınmaqla, istənilən seçkinin keçirilməsi üçün əsas şərtlərdən biridir.