IMG-LOGO

Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları kafedral kilsə və sinaqoqun fəaliyyəti ilə tanış olublar

23 Dec 2025 19:11 3 baxış
IMG

Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsini ziyarət ediblər.

"Report" xəbər verir ki, burada qonaqlara Azərbaycanın xristian icmalarının tarixi keçmişi, dini-mədəni irsi və ölkənin ictimai həyatında tutduğu yer barədə ətraflı məlumat təqdim olunub. Ziyarət zamanı müxtəlif konfessiyaların mədəniyyətinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.

Daha sonra din xadimləri Dağ yəhudiləri sinaqoquna baş çəkib. Bildirilib ki, yəhudilər Azərbaycanda uzun illərdir sülh və tolerantlıq şəraitində yaşayırlar və ölkədə birgə yaşayış üçün bütün şərait mövcuddur.

Qeyd edək ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində dekabrın 24-də Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək. "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusundakı tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Xəbər lenti