IMG-LOGO

Tramp Mərkəzi Asiya liderləri ilə ticarət və əməkdaşlığın genişləndirilməsini müzakirə edib

23 Dec 2025 19:18 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Özbəkistan və Qazaxıstanla ticarətin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Report"un məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığım oldu. Biz davam edən münaqişələrdə sülhün bərqərar edilməsinin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında ticarət və əməkdaşlığın genişləndirilməsini müzakirə etdik. Hər iki ölkə ilə münasibətlər tamamilə müsbət xarakter daşıyır", – paylaşımda qeyd olunub.

Tramp həmçinin bildirib ki, gələn il G20 sammiti Mayamidə keçiriləcək. Vaşinqton Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevi tədbirdə fəxri qonaq qismində iştirak etmələri üçün dəvət etməyi planlaşdırır.

Xəbər lenti