Gündəmə dair paylaşımları ilə tez-tez diqqət mərkəzinə düşən Gülben Ergen, bu dəfə səhnə tərzi ilə ön plana çıxıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin ayaq hissəsində cəsarətli dekoltesi olan zərif libası tamaşaçıların böyük marağına səbəb olub.
Səhnədə enerjili performansı və fit görüntüsü ilə seçilən Ergen, zərif duruşu və stil detallarına verdiyi önəmlə də bəyənmə toplayıb. Gecə üçün seçdiyi libas, xüsusilə dizaynındakı cəsarətli kəsimlə sosial mediada geniş müzakirələrə yol açıb.
Tədbirdən paylaşılan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. İzləyicilər müğənninin həm səhnə performansını, həm də stilini tərifləyən çoxsaylı şərhlər yazıblar. Gülben Ergenin son çıxışı bir daha göstərib ki, o, təkcə musiqisi ilə deyil, səhnə üslubu ilə də gündəmdə qalmağı bacarır.
Gülben Ergen maqazin
