IMG-LOGO

Patentin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi ilə bağlı tələb edilən müddət azaldılır

23 Dec 2025 17:32 5 baxış
IMG

İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi ilə bağlı tələb edilən müddət azaldılır.

"Report" xəbər verir ki, bu, "Patent haqqında" qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, ixtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik haqqı vaxtında ödəməyən patent sahibi tərəfindən ötürülmüş tarixdən 18 ay müddətindən gec olmayaraq müvafiq haqq ödənildikdə patentin qüvvəsi bərpa edilir.

Qeyd edək ki, bu müddət qüvvədə olan qanunda 5 il nəzərdə tutulmuşdu.

Xəbər lenti