Suriya xarici işlər naziri (XİN) Əsəd Əl-Şeybani və müdafiə naziri Murhaf Abu Kasra Moskvaya rəsmi səfərə yola düşüblər.
Bu barədə "Report" SANA-ya istinadən xəbər verir.
Məlumata görə, nazirlər Rusiya rəsmiləri ilə danışıqlar aparmağı planlaşdırırlar.
XİN rəhbəri və müdafiə naziri ilə birgə Suriya Baş Kəşfiyyat İdarəsinin nümayəndələri də Moskvaya yollanıb.