IMG-LOGO

Rəhman Hümmətov: "Azərbaycan–Türkiyə tranzit daşımaları 3,5 milyon tona çatıb"

23 Dec 2025 13:02 2 baxış
IMG

Bu ilin 11 ayı ərzində Azərbaycanla Türkiyə arasında ümumi yük daşımalarının həcmi 5,6 milyon tona çatıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib.

Onun sözlərinə görə, bu həcmdən 3,5 milyon ton tranzit daşımaların payına düşür. Nazir müavini xüsusilə dəmir yolu nəqliyyatında artımı diqqətə çatdırıb. Qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən qurulması ilə bağlı əvvəlki dövrlərdə yaranmış fasilələrə baxmayaraq, cari ildə bu istiqamətdə təxminən 40 % artım qeydə alınıb.

R.Hümmətov əlavə edib ki, avtomobil nəqliyyatı ilə daşımaların həcmi də artıb və bu il iki ölkə arasında 250 min ton daşımadan söhbət gedir.

Nazir müavini bildirib ki, hava nəqliyyatı ilə Azərbaycan və Türkiyə arasında həftə ərzində orta hesabla 114 reys həyata keçirilir, bəzi mövsümlərdə isə bu göstərici 185 reysədək yüksəlir. Onun sözlərinə görə, bu rəqəmlər iki ölkə arasında həm insanlar, həm də biznes subyektləri səviyyəsində əlaqələrin sürətlə genişləndiyini göstərir.

Xəbər lenti