IMG-LOGO

Türkiyə rəsmisi: "Azərbaycanla Sərbəst ticarət sazişinin imzalanması üzrə hazırlığa başlanılıb"

23 Dec 2025 10:56 3 baxış
IMG

Türkiyə və Azərbaycan arasında sərbəst ticarət sazişinin imzalanması istiqamətində hazırlıq işlərinə başlanılıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə bu istiqamətdə institusional addımlar atılır: "İki ölkə arasında sərbəst ticarət sazişinin imzalanması imkanlarını araşdırmaq üçün işlərə başlamışıq".

C. Yılmaz qeyd edib ki, sözügedən məsələ Azərbaycan Baş naziri Əli Əsədov ilə imzalanmış birgə fəaliyyət planında da əksini tapıb və tərəflər bu istiqamətdə danışıqları davam etdirirlər.

Vitse-prezident vurğulayıb ki, sərbəst ticarət sazişi iş adamları üçün daha əlverişli mühit yaradacaq və iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına töhfə verəcək.

Xəbər lenti