IMG-LOGO

Lənkəran və Masallının bəzi kəndlərində enerjinin verilişində fasilə yaranacaq

23 Dec 2025 09:54 3 baxış
IMG

Bu gün Lənkəran və Masallı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hirkan" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Masallı EŞ-nin ərazisində 35/10 kV-luq "Əminli" yarımstansiyasından qidalanan 10 kV-luq 1 saylı, həmçinin 35/10 kV-luq "Xıl" yarımstansiyasından çıxan 6, 7 saylı hava xətlərində təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Həsənli, Yeddi Oymaq, Şıxlar, Qasımlı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti