IMG-LOGO

Bakının bu qəsəbəsi işıqsız qalacaq

23 Dec 2025 09:21 78 baxış
IMG
0 0

Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində 23 dekabr tarixində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

elektrik enerjisi Azərişıq

Mənbə: lent.az

Xəbər lenti