IMG-LOGO

Bu gün Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

23 Dec 2025 08:29 5 baxış
IMG

Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.

Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən "Report"un yerli bürosuna bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Xəbər lenti