IMG-LOGO

Dövlət Departamenti Danimarkaya 951 milyon dollara "hava-hava" raketlərinin satışını təsdiqləyib

23 Dec 2025 05:52 4 baxış
IMG

ABŞ Dövlət Departamenti Danimarkaya 951 milyon dollara "hava-hava" raketlərinin mümkün satışını təsdiqləyib.

"Report"un xəbərinə görə, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışına məsul olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Açıqlamadada qeyd olunur ki, Danimarka hakimiyyəti əvvəllər ABŞ-dən 236 ədəd AMRAAM-ER (Advanced Medium-Range Air-to-Air Missile - Extended Range) raketi və əlaqəli avadanlıq almaq imkanı istəyb. Vurğulanır ki, təklif olunan satış NATO üzrə müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.

ABŞ administrasiyası artıq Konqresi bu raketlərin potensial satışını təsdiqləmək qərarı barədə məlumatlandırıb. Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək və onu bloklayıb-bloklamamaq üçün 30 günü var.

Bu ayın əvvəlində Dövlət Departamenti həmçinin Danimarkaya 730 milyon dollara orta mənzilli AIM-120C-8 "hava-hava" raketlərinin və 3 milyard dollara (IBCS) (Integrated Battle Command System) hava və raketdən müdafiə döyüş idarəetmə sisteminin, müvafiq maddi-texniki təminatının potensial satışını təsdiqləyib.

Xəbər lenti