IMG-LOGO

ABŞ Yeni ilə qədər könüllü deportasiya üçün qanunsuz miqrantlara 3 min dollar ödəyəcək

23 Dec 2025 00:35 4 baxış
IMG

ABŞ administrasiyası ölkəni könüllü tərk edən qeyri-qanuni miqrantlar üçün mükafat məbləğini 3 min dollara qədər artırmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, ödəniş cari ilin sonuna qədər deportasiya prosesi üçün ərizə verənlərə aiddir.

"Amerikanın vergi ödəyiciləri Milad mövsümündə qeyri-qanuni miqrantların ölkəni könüllü tərk etmələri üçün stimulu üç dəfə artırıblar. İlin sonuna qədər "CBP Home App" vasitəsilə özlərini deportasiya edən qeyri-qanuni miqrantlar 3 min dollar məbləğində bonus əldə edə biləcəklər", - o, "X"də yazıb.

Əvvəllər olduğu kimi, təyyarə biletləri də ABŞ hökuməti tərəfindən ödəniləcək. Bundan əlavə, onların miqrasiya qanunvericiliyini pozduğuna görə cərimə və digər sanksiyaları da silinəcək.

Bu ilin yanvar ayından etibarən ABŞ-də 1,9 milyon qeyri-qanuni miqrant könüllü deportasiya imkanından istifadə edib.

Xəbər lenti