IMG-LOGO

Sabah Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq

22 Dec 2025 23:34 6 baxış
IMG

Sabah Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq.

"Report"un yerli bürosunun məlumatına görə, Azərenerji ASC-nin sifarişi əsasında aparılacaq texniki işlərlə əlaqədar Nehrəm 35/10 kV və Culfa 132/110/35/10 kV yarımstansiyalarından qidalanan bəzi yaşayış məntəqələri və obyektlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Fasilə Güznüt, Çeşməbasar, Əbrəqunus, Qızılca, Ərəzin, Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkesin, Gal, Şurut, Ərəfsə, Ləkətağ, Milax, Qazançı, Teyvaz, Boyəhməd, Kırna, Dizə kəndlərini əhatə edəcək.

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Xəbər lenti