IMG-LOGO

Zelenski Milad ərəfəsində Rusiyanın mümkün genişmiqyaslı hücumu barədə xəbərdarlıq edib

22 Dec 2025 22:40 5 baxış
IMG

Rusiya Silahlı Qüvvələri 25 dekabr – Milad günü Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirə bilər.

"Report"un UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik xidmət işçilərinin peşə bayramı münasibətilə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ABŞ və Almaniya Milad atəşkəsinin elan olunmasını dəstəkləyib, lakin Moskva bundan imtina edib.

"Rusiya deyir: "Milad atəşkəsi olmayacaq". Mən bu siqnallardan sonra kəşfiyyatımızın gücləndirilməsini tapşırdım. Biz başa düşürük ki, məhz bu günlərdə onlar kütləvi zərbələr endirə bilərlər", – Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, 24–25 dekabrda keçirilən müşavirədə ölkənin şəhər və kəndlərinin müdafiəsi məsələləri müzakirə olunub və hava hücumundan müdafiənin gücləndirilməsi barədə göstəriş verilib. O, HHM sistemlərində çatışmazlığın olduğunu da etiraf edib.

Eyni zamanda Ukrayna onlarla hava hücumundan müdafiə sistemi, o cümlədən "Patriot" komplekslərinin alınması üçün müqavilələrin bağlanması üzərində işləyir.

Xəbər lenti