Azərbaycan Basketbol Liqasında XI tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutub.
B qrupunu əhatə edən matçlarda Bakı İdman Sarayında "Naxçıvan"la qarşılaşan "Ordu" 86:64 hesablı qələbə qazanıb. "Sumqayıt" isə Sumqayıt Olimpiya İdman Kompleksində "Lənkəran"a 99:95 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, daha iki matç sabah baş tutacaq. XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları təxirə salınıb.