IMG-LOGO

Paşinyan: Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqəsi ətrafında fəal siyasi proseslər gedir

22 Dec 2025 20:04 7 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəni Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarının mümkün bərpası üçün hazırlıq işləri aparılmalıdır.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.

"Ölkəmizdə bəzi dəmir yolu sahələrinin bərpası ilə bağlı gündəm formalaşıb. Söhbət xüsusilə İcevan, Yerasx və Axurik sahələrindən gedir. Bunlar Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarıdır. Kifayət qədər fəal siyasi proseslər gedir. Hazırda bu dəmir yollarının yenidən açılması ilə bağlı hər hansı siyasi qərar olduğunu deyə bilmərəm, lakin hesab edirəm ki, vəziyyət artıq hazırlıq işlərinin aparılmasını zəruri edən nöqtəyə çatıb", – Paşinyan vurğulayıb.

Xəbər lenti