IMG-LOGO

Türkiyə Trampın Qəzza planının ikinci mərhələsinin gələn ilin əvvəlində həyata keçiriləcəyini gözləyir

22 Dec 2025 18:13 3 baxış
IMG

Türkiyə ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planının ikinci mərhələsinin həyata keçirilməsinə 2026-cı ilin əvvəlində başlanacağını gözləyir.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ötən həftəsonu Mayamidə ABŞ, Qətər və Misir rəsmiləri ilə aparılan danışıqlarda razılaşmanın növbəti mərhələyə keçməsindəki maneələr müzakirə olunub.

Fidan həmçinin əlavə edib ki, prioritet Qəzzanın idarəçiliyinin Fələstinyönümlü qüvvələrə təhvil verilməsidir.

Xəbər lenti