Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.
"Azəriqaz"dan Lent.az-a bildirilib ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində D=89 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
qaz olmayacaq