IMG-LOGO

Beynəlxalq yarışlarda uğurlu çıxış edən Azərbaycan şahmatçıları mükafatlandırılıb

22 Dec 2025 11:51 3 baxış
IMG

Beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurlu çıxış edən Azərbaycan şahmatçıları mükafatlandırılıb.

"Report"un məlumatına görə, təltifetmə Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr edilən tədbirində reallaşıb.

Şahmatçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.

Bundan əlavə, ölkədə şahmatın inkişafına töhfə verən şəxslər də təltif olunublar.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında, qadınlardan ibarət yığma isə dünya çempionatında gümüş medal qazanıb.

Xəbər lenti