IMG-LOGO

Növbəti üç ildə Naftalan neftinin beynəlxalq miqyasda tanıdılmasına dair Tədbirlər Proqramı təsdiqlənib

22 Dec 2025 11:55 3 baxış
IMG

2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı təsdiqlənib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamla Səhiyyə Nazirliyinə Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, proqramın icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bundan başqa, nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi keçirəcək.

Xəbər lenti