Azərbaycan Basketbol Liqasında bu gün XI tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutacaq.
Bakı İdman Sarayında "Ordu" "Naxçıvan"la üz-üzə gələcək. "Sumqayıt" isə Sumqayıt Olimpiya İdman Kompleksində "Lənkəran"ı sınağa çəkəcək.
Hər iki görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, daha iki matç sabah baş tutacaq. XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları təxirə salınıb.