ABŞ Prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib.
"Report"un məlumatına görə, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Luiziananın möhtəşəm qubernatoru Ceff Lendrini ABŞ-nin Qrenlandiya üzrə xüsusi elçisi təyin etdiyimi bildirməkdən məmnunluq duyuram. Ceff Qrenlandiyanın milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb etdiyini başa düşür və o, müttəfiqlərimizin təhlükəsizliyi, sağ qalması və əslində, bütün dünya naminə ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edəcək", - Tramp bildirib.