IMG-LOGO

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyasının yenidən işə salınmasına hazırlıq görülür

22 Dec 2025 06:25 5 baxış
IMG

Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası (AES) olan "Kasivazaki-Kariva" AES modernizasiyadan sonra fəaliyyətini bərpa etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Niiqata prefekturasının qubernatoru Hideyo Hanazumi uzun illər davam edən təhlükəsizlik yoxlamalarından və müdafiə mexanizmlərinin təkmilləşdirilməsindən sonra AES-nin yenidən işə salınmasına razılıq verib. O bildirib ki, görülən təhlükəsizlik tədbirləri ən sərt standartlara cavab verir və obyektin istismarı regionun sabit inkişafı üçün zəruridir.

Hazırda "Tokyo Electric Power Company" korporasiyası stansiyanın fəaliyyətinin bərpası üçün hazırlıqların yekun mərhələsini tamamlayır.

"Kasivazaki-Kariva" AES-nin işi 2011-ci ildə "Fukusima-1" atom stansiyasında baş vermiş qəzadan sonra tamamilə dayandırılmışdı.

Xəbər lenti