İndoneziyanın Semaranq şəhəri yaxınlığında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə dairənin axtarış-xilasetmə xidmətinin rəhbəri "Kompas" nəşrinin "YouTube" kanalının efirində məlumat verib.
"Son məlumatlara görə, ölənlərin sayı artıb, qəzada xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib", - deyə o dəqiqləşdirib.
Axtarış-xilasetmə xidmətinin rəhbəri əlavə edib ki, avtobus Cakartadan Cokyakartaya yüksək sürətlə hərəkət edirmiş, nəticədə yol kənarındakı maneəyə çırpılaraq aşıb. Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər və hazırda həkim nəzarətindədirlər.