IMG-LOGO

İsrail İordan çayının Qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin salınması planını təsdiqləyib

22 Dec 2025 02:18 5 baxış
IMG

İsrail hakimiyyəti İordan çayının Qərb sahilində 19 yeni yəhudi yaşayış məntəqəsinin tikintisi layihəsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

Beləliklə, son bir neçə ildə yeni yaşayış məntəqələrinin ümumi sayı 69-a çatıb. İsrailin maliyyə naziri Batsalel Smotriçin sözlərinə görə, bu, rekord göstəricidir.

Nəşr qeyd edib ki, hazırkı İsrail hökumətinin hakimiyyətdə olduğu müddətdə İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin sayı, demək olar, 50% artıb. 2022-ci ildə orada 141 yaşayış məntəqəsi mövcud idi. Yeni tikintinin təsdiqlənməsindən sonra onların sayı 210-a yüksəlib.

Xəbər lenti