IMG-LOGO

Maduro Venesuela neftini daşıyan tankerlərə edilən hücumları pisləyib

22 Dec 2025 00:20 4 baxış
IMG

Venesuela Prezidenti Nikolas Maduro neft tankerlərinə edilən hücumları pisləyib.

"Report"un məlumatına görə, Maduro bu barədə öz "Telegram" kanalında yazıb.

"Venesuela artıq 25 həftədir ki, psixoloji terrorizmdən tutmuş, neft tankerlərinə hücum edən dəniz quldurlarına qədər müxtəlif formalarda olan təcavüz kampaniyasını pisləyir, ona müqavimət göstərir və qalib gəlir", - deyə Maduro qeyd edib.

Maduro vurğulayıb ki, təhdidlərə və təcavüzə baxmayaraq, Venesuela güclü ölkə olduğunu və hakimiyyəti tamamilə və vasitəçisiz xalqa ötürəcək dərin inqilabın gedişatını sürətləndirməyə hazır olduğunu sübut edib.

O əlavə edib ki, Venesuela xalqı və cəmiyyətin bütün təbəqələri sülh və milli sabitliyin müdafiəsində sarsılmaz olaraq qalır.

Xəbər lenti