IMG-LOGO

Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollara qədər investisiya qoyub

20 Dec 2025 13:11 4 baxış
IMG

Azərbaycan şirkətləri tərəfindən Monteneqroda bir milyard ABŞ dollarına qədər investisiya qoyulub.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, ticarət həcminin hazırkı səviyyəsi qaneedici deyil:

"Həmçinin turizm əməkdaşlığını müzakirə etdik. İki ölkənin paytaxtları arasında birbaşa uçuşlar barədə fikir mübadiləsi oldu".

Xəbər lenti