IMG-LOGO

Nazir: Azərbaycan-Monteneqro əlaqələri dostluq münasibətlərinə söykənir

20 Dec 2025 13:11 4 baxış
IMG

Azərbaycan-Monteneqro əlaqələri iki ölkə və dost xalq arasında olan münasibətlərə söykənir.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.

"Biz müxtəlif sahələrdə onilliklərdir, əməkdaşlıq edirik. Cənab nazirin bu səfərini çox vaxtında edilmiş bir səfər kimi qiymətləndiririk. XİN-lərimiz arasında mütəmadi təmaslar mövcuddur. 2025-ci ildə iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib. Həmçinin, bu gün konsulluq məsləhətləşmələrinin keçirilməsi barədə memorandum imzalandı. İki ölkə arasında ümumilikdə 22 sənəd mövcuddur", - o qeyd edib.

Nazir, həmçinin hökumətlərarası komissiyanın işinin əhəmiyyətini vurğulayıb:

"Bu səbəblə cənab nazirin Azərbaycanın maliyyə naziri Sahil Babayevlə də görüşü nəzərdə tutulub. Hökumətlərarası Komissiyanın son iclası 2024-cü ildə keçirilib və yeni iclasın keçirilməsi barədə artıq danışıla bilər.

Azərbaycanın XİN başçısı əlavə edib ki, iki ölkənin UNESCO və ATƏT çərçivəsində əməkdaşlığı təqdirəlayiqdir:

"Monteneqro Azərbaycanın sədrlik etdiyi COP29 konfransında da ən ali səviyyədə iştirak edib. Bu gün beynəlxalq təşkilatlarda təşəbbüslərimizi daim dəstəkləyir və bu gün də müzakirə aparıldı, qarşılıqlı dəstək barədə razılaşmalarımız mövcuddur. Parlament diplomatiyası sahəsində də əməkdaşlığımız var və davam edəcək".

Xəbər lenti