IMG-LOGO

Azərbaycan və Monteneqro XİN başçıları NATO əməkdaşlığını müzakirə ediblər

20 Dec 2025 13:20 4 baxış
IMG

Azərbaycan və Monteneqro XİN başçıları NATO əməkdaşlığını müzakirə ediblər.

"Report"un məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında diqqətə çatdırıb ki, Monteneqro NATO ölkəsidir və Azərbaycan da bu ölkə ilə sıx münasibətlərə sahibdir.

Ceyhun Bayramov həmçinin monteneqrolu həmkarını 8 avqust Vaşinqton razılaşması və Cənubi Qafqazdakı post-münaqişə dövrü barədə məlumatlandırıb:

"İşğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq işləri barədə də qarşı tərəf tam məlumatlandırılıb. 50 min insanın orada yaşaması, növbəti illərdə Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlər barədə məlumat verdik".

Xəbər lenti