IMG-LOGO

Putinlə "Birbaşa xətt" 5 saata yaxın davam edib

19 Dec 2025 18:20 4 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putinin "birbaşa xətt"i və mətbuat konfransı - "İlin yekunları" proqramı 4 saat 27 dəqiqə davam edib.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, proqram ərzində o, 42 jurnalistin suallarını, "birbaşa xətt"ə daxil olan 16 sualı, həmçinin blits formatında 15 sualı cavablandırıb.

Ötən il də tədbir 4 saat 27 dəqiqə davam etmişdi.

Rekord 2020-ci ildə qeydə alınıb, o zaman "birbaşa xətt" və mətbuat konfransı 4 saat 30 dəqiqə çəkmişdi.

Xəbər lenti