IMG-LOGO

Əfqanıstandakı zəlzələ Tacikistanda hiss olunub

19 Dec 2025 12:56 40 baxış
IMG

Əfqanıstan ərazisində 5 maqnitudalı güclü zəlzələ baş verib və qonşu Tacikistan ərazisində də hiss edilib.

"Report" xəbər verir ki, bu barədə Tacikistan Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Ölkənin paytaxtı Düşənbədə seysmik titrəyişlər 2-3 bal səviyyəsində hiss edilib.

Tacikistan Fövqəladə Hallar Komitəsinin məlumatına görə, dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.

Xəbər lenti