IMG-LOGO

Pezeşkian: İran atom bombası hazırlamağı planlaşdırmır

18 Dec 2025 18:51 5 baxış
IMG

ABŞ danışıqların davamı üçün İranın qəbul etməyəcəyi aşağılayıcı təkliflər irəli sürür.

"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda partiya sədrləri və siyasətçilərlə görüşdə deyib.

Onun sözlərinə görə, ABŞ əvvəlki danışıqlar prosesini İrana hücum etməklə pozub.

"İran yeni savaşa meylli deyil və atom bombası, heç bir nüvə silahı hazırlamağı planlaşdırmır. Bununla bağlı istənilən formada yoxlamaya hazırıq" , - Pezeşkian bildirib.

Xəbər lenti