IMG-LOGO

Kəmaləddin Heydərov: Azərbaycan-Qətər əməkdaşlığının gücləndirilməsi üçün böyük imkanlar var

18 Dec 2025 14:56 6 baxış
IMG

Azərbaycan-Qətər əməkdaşlığının gücləndirilməsi üçün böyük imkanlar var.

"Report" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, xüsusilə nəqliyyat və logistika sahəsində birgə səylərin artırılması, Azərbaycanın tranzit potensialından istifadə edilməsi, maliyyə, təhsil, mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edəcək və strateji tərəfdaşlığa təkan verəcək.

K.Heydərov bildirib ki, Qətərin davamlı və dinamik inkişafı iki ölkənin əlaqələrinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün möhkəm təməl yaradıb:

"Bu baxımdan, Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya iqtisadi əməkdaşlığın inkişafı üçün əsas institusional mexanizm rolunu oynayır".

Nazir vurğulayıb ki, bu uğurlu inkişaf yanaşması Azərbaycan-Qətər münasibətlərinin gücləndirilməsinə yol açıb və əməkdaşlığın yeni istiqamətlərinin formalaşması üçün möhkəm təməl yaradıb:

"Ölkələrimiz arasında mövcud hüquqi baza vətəndaşlarımız arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün möhkəm bir zəmin yaradır. Yüksək səviyyəli razılaşmalar hesabına yaradılmış vizasız səyahət imkanı, Bakı və Doha arasında müntəzəm birbaşa uçuşlar birlikdə həm turizmin inkişafına, həm də işgüzar və humanitar əlaqələrin genişlənməsinə əhəmiyyətli dərəcədə kömək edib. Ümumiyyətlə, Qətərin əməkdaşlıq sahələrinin genişləndirilməsinə olan marağını yüksək qiymətləndiririk".

Xəbər lenti