IMG-LOGO

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18 Dec 2025 11:44 3 baxış
IMG

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək.

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli qurumun keçirdiyi tədbirdə çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, bununla əlaqəli beynəlxalq təcrübə əsasında dəyişiklik layihəsi hazırlanır:

"Təklif olunan dəyişikliklərlə gələcəkdə uşaqlarla bağlı oyuncaq, geyim və əşyalar tənzimlənsin. Misal olaraq, küçədə görürük ki, paltarın üzərində cinayətkarlığın təbliği var. Bununla bağlı bir çox ölkələrdə yaxşı təcrübələr var".

Komitə nümayəndəsi bildirib ki, internetdə sərhədlərin olmaması zərərli informasiyaları da əlçatan edir:

"Hər hansı bir məlumatla bağlı istənilən ölkənin dövlət qurumunun saytına daxil ola bilərik. Bunun üstün tərəfi ilə yanaşı, mənfi tərəfləri də var. Bu məsələdə ən çox uşaqlar əziyyət çəkir. Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı qanun var və orada bəzi zərərli məlumatların uşaqlar arasında yayılması və digər neqativ hallarla mübarizə məsələsi əksini tapıb".

Qurum rəsmisi xatırladıb ki, hansısa informasiya məhsulu istifadəyə buraxılmazdan əvvəl yaş kateqoriyasına uyğun təsnifatlaşdırılır:

"Uşaqların zərərli informasiyaya məruz qalmasında əsas məsələrdən biri də internet aslılığıdır. Ev işləri ilə məşğul olan qadınlar uşaqlara müxtəlif mobil tətbiqlərə girişə imkan yaradır. Bunun da mənfi tərəfləri özünü göstərir. Yekunda uşaqlar ünsiyəttdən çəkinirlər.

Xəbər lenti