IMG-LOGO

Papuaşvili: Avropa Parlamentindəki müzakirələr artıq Avropa dəyərlərini əks etdirmir

18 Dec 2025 11:02 3 baxış
IMG

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentindəki son müzakirələri kəskin tənqid edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, parlament sədrinin sözlərinə görə, Avropa Parlamentinin dünənki iclası Avropada formalaşan "sivilizasiya boşluğu"nun aydın göstəricisidir.

Şalva Papuaşvili vurğulayıb ki, bu gün nümayiş etdirilən Avropa artıq gürcülərin özlərini aid hiss etdikləri və birgə qurduqları Avropa deyil.

"Avropa Parlamentindəki müzakirələr artıq Avropa dəyərlərini əks etdirmir. Müzakirə əvəzinə hörmətsizlik, faktlar əvəzinə yalan, məsuliyyət əvəzinə isə sivilizasiya üstünlüyü mövqeyi nümayiş etdirildi", - deyə Şalva Papuaşvili qeyd edib.

Onun fikrincə, Avropa Parlamentində müşahidə olunan yanaşma Avropanın əsas dəyərləri kimi təqdim olunan dialoq, obyektivlik və qarşılıqlı hörmət prinsiplərinə ziddir.

Xəbər lenti