IMG-LOGO

Bahodir Sidikov "Özbəkneftqaz"ın İdarə Heyəti sədrliyi vəzifəsindən azad edilib

17 Dec 2025 17:59 3 baxış
IMG

Bahodir Sidikov başqa işə keçirilməsi ilə əlaqədar "Özbəkneftqaz" SC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan KİV şirkətin mətbuat katibi Ravşan Baykulova istinadən məlumat yayıb.

"Özbəkneftqaz"ın yeni İdarə Heyətinin sədri Abduqani Sanginov təyin edilib.

Qeyd edək ki, Bahodir Sidikov neft-qaz şirkətinə 2023-cü ildən rəhbərlik edib.

A.Sanginov 2017-ci ildən "Özbəkhidroenergo" SC-yə rəhbərlik edib.

Xəbər lenti