IMG-LOGO

Amnistiya elan edilməsi təşəbbüsü həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır - RƏY

17 Dec 2025 13:46 4 baxış
IMG

Amnistiya elan edilməsi təşəbbüsü Azərbaycan Prezidentinin humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır.

Bunu "Report"a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, "Konstitusiya və Suverenlik" ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsünün 20 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir.

Deputatın fikrincə, bu qərar çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi bir addımdır.

"Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır. Amnistiyadan yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inanırıq".

P.Vəliyeva vurğulayıb ki, Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətini, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin ifadəsidir:

"Prezidentin bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük töhfə verəcək".

Xəbər lenti