IMG-LOGO

NATO Baş katibinin müavini Ermənistana səfər edəcək

17 Dec 2025 12:57 4 baxış
IMG

NATO-nun Baş katibinin müavini Radmila Şekerinskaya Ermənistana səfər edəcək.

"Report"un məlumatına görə, Şekerinskayanın İrəvana səfər dekabrın 18-də baş tutacaq.

Səfər çərçivəsində o, Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyanla görüşlər keçirəcək.

"Bundan əlavə, Radmila Şekerinskaya İrəvanda Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri və NATO ölkələrinin səfirləri ilə də görüşəcək", - alyansın mətbuat xidmətindən bildirilib.

Xəbər lenti