IMG-LOGO

Nazirlik rəsmisi: Qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil

10.12.2025 20:23 3 baxış
IMG

"Qeyri-maddi mədəni irsin qorunması haqqında" UNESCO Konvensiyasına 2006-cı ildən qoşulmağımıza baxmayaraq, onun tələblərinə zidd olaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil.

"Report"un məlumatına görə, bunu Mədəniyyət Nazirliyinin hüquq şöbəsinin müdiri Gülər Mikayılova "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu"nda "Azərbaycan Respublikası Konstitusiyası və Mədəniyyət Dəyərlərimiz" adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, bir çox normativ aktların icrası üçün alt-mexanizmlər və icra standartları yetərincə dəqiq müəyyən edilməyib:

"Teatr və teatr fəaliyyəti haqqında" Qanununun konseptual müddəaları mövcud praktika ilə tam uzlaşmır. Belə ki, qanunda teatr sahəsində prodüser fəaliyyətinə dair tələblər nəzərdə tutulsa da, "Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda prodüser vəzifəsi ümumiyyətlə göstərilmir. Bu da hüquqi idarəetmə və əməyin normativ təsnifatı arasında uyğunsuzluq yaradır".

Xəbər lenti