IMG-LOGO

AMEA-nın arxivində "Divanü Lüğat-it-Türk" əsərinin əlyazması və tərcüməsi aşkarlanıb

08 Dec 2025 12:45 5 baxış
IMG

Milli Elmlər Akademiyasının (AMEA) arxivində "Divanü Lüğat-it-Türk" əsərinin əlyazması və tərcüməsi aşkar olunub.

"Report" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

N.Məmmədli bu tapıntını böyük elmi hadisə kimi qiymətləndirib:

"Bu, dünyada ilk dəfə ərəb qrafikasından Azərbaycan dilinə birbaşa tərcümədir və böyük elmi hadisədir".

Xəbər lenti