IMG-LOGO

Naxçıvanda maşın gənc qadını vurub xəstəxanalıq etdi

29 Aug 2025 23:51 217 baxış
IMG

Naxçıvan şəhərində avtomobil 28 yaşlı qadını vurub. Lent.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1997-ci il təvəllüdlü Quliyeva İlkanə Kirman qızını vurub. Xəsarət alan qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti