IMG-LOGO

"Omoniya” “Araz-Naxçıvan”ı darmadağın etdi

14.08.2025 23:13 7 baxış
IMG

Bu gün Azərbaycan təmsilçilərindən "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində növbəti matçına çıxıb.

Lent.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri səfərdə "Omoniya"nın qonağı olublar.

Görüş "Nikosiya Stadionu"nda baş tutub. Meydan sahibləri 5 qol vuraraq, böyükhesablı qələbə qazanıb. Bununla da, təmsilçimiz avrokuboklarda mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Kipr təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti