Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Lent.az xəbər verir ki, “Fənərbaxça” azarkeşləri önündə “Feyenoord”la qarşılaşıb. İstanbul təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib. Bununla da "Fənərbaxça” UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlib. Xatırladaq ki, “Fənərbaxça” ilk qarşılaşmada səfərdə 2:1 məğlub olmuşdu.