IMG-LOGO

Ağstafada maşın iki nəfəri vurdu

11 Aug 2025 03:14 169 baxış
IMG

Ağstafada iki nəfəri avtomobil vurub.

Lent.az xəbər verir ki, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü X.Mustafayevi və 1990-cı il təvəllüdlü A.İsmayılovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti